Azərbaycanın kənd təsərrüfatı naziri Qubada vətəndaşlarla görüşəcək

 Azərbaycanın kənd təsərrüfatı naziri Qubada vətəndaşlarla görüşəcək
# 03 iyun 2013 06:56 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazir İ.Abasovun vətəndaşlarla görüşü iyunun 14-də saat 11:00-da Quba Regional Aqrar Elm Mərkəzinin inzibati bainasında təşkil olunacaq. Toplantıda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak edəcəklər.


Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili Quba Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək. Əlaqə telefonu: (050) 636-09-09, (02333) 5-19-50.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR