® "Baltika-Baku" şirkəti müasir pivə-süzmə xəttini istismara buraxır - FOTO

<font color=red>® </font>"Baltika-Baku" şirkəti müasir pivə-süzmə xəttini istismara buraxır - <span style="color: red;">FOTO
# 13 mart 2013 08:00 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, “Baltika-Bakı” Azərbaycan bazarına daxil olduğu zamandan etibarən istehsalatda innovativ yanaşmaları, yeni avadanlığı, o cümlədən müasir idarəetmə sistemini fəal tətbiq etməyə davam edir.

Bu dəfə şirkət İtaliya istehsalı olan innovativ KEQ süzmə xəttini istismara buraxıb. KEQ xətti istehlakçıların çox sevdiyi və dəyər verdiyi ən yüksək keyfiyyətli çəllək pivəsini buraxmaq imkanını verir. Bu avadanlıq öz seqmentinin ən müasir avadanlıqlarından biri hesab edilir. Onun funksional imkanları pivənin yüksək dayanıqlılığını, eləcə də yüksək germetikliyi və pasterizasiyanı təmin etməyə imkan verir.

Xəttin açılış mərasimində “Baltika-Bakı”nın baş direktoru Aleksey Skatin bildirib ki, yeni pivə-süzmə xətti şirkətin bir yerdə durmamasının və istehlakçıları yüksək keyfiyyətli məhsulla təmin etməyə yönəlmiş əsas məqsədi üçün çalışmasının daha bir təsdiqidir: “Biz bu faktla fəxr edirik, tutduğumuz kursu mütləq davam edəcəyik”.

Təntənəli açılışda iştirak edən qonaqlar arasında dövlət strukturlarının, parntyor şirkətlərin nümayəndələri də olub.

Xəttin açılış mərasimində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxış edib. Öz çıxışında Zaur Qasımov xüsusilə qeyd edib ki, hökumət bu növ biznes investisiyalarını dəstəkləyir və ölkədə yaradılmış şirkətlərin öz fəaliyyətlərini genişləndirmək, işlərində uğur əldə etmək üçün əlverişli biznes mühitindən istifadə edə bilməsinə xüsusi diqqət göstərir.

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuriy Şedrin bildirib ki, “Baltika-Bakı” şirkətinin Azərbaycandakı fəaliyyətinin inkişafı iki ölkə arasında möhkəm ticarət və iqtisadi əlaqələrin daha bir sübutudur.

“Baltika-Bakı" şirkəti tərəfindən istehsal edilən müxtəlif brendli çəllək pivəsi ölkənin restoran və kafelərinin müştəriləri arasında böyük populyarlıq əldə edib.

Qeyd edək ki, “Baltika-Bakı” şirkəti 2009-cu ilin may ayında yenidənqurma işlərindən sonra açılıb. Hazırda “Baltika-Bakı” zavodunun məhsulu Azərbaycan bazarının təxminən 75%-ni əhatə edir və “Xırdalan®”, “Baltika 7®”, “Baltika 9®”, “Baltika Kuler®”, “Zatecky Gus®” və digər məşhur pivə brendlərini istehsal edir. Şirkətin əsas məqsədi çox ünsiyyət bəxş edən keyfiyyətli məhsulun istehsalıdır. “Baltika-Bakı” Rusiyada xalq istehlakı mallarının ən iri istehsalçılarından biri, Rusiyanın pivə bazarının lideri olan “Baltika” pivə istehsalı şirkətinin bir hissəsidir. “Baltika” brendi Avropada satışlar üzrə birinci yeri tutur (Euromonitor). “Baltika” pivə istehsalı şirkəti Rusiya pivəsinin aparıcı ixracatçısıdır. “Baltika”nın məhsulu dünyanın 75-dən çox ölkəsində təmsil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR