Aqrar Elm Mərkəzinin baş direktoru işdən çıxarılıb

Aqrar Elm Mərkəzinin baş direktoru işdən çıxarılıb
# 16 fevral 2015 15:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev işdən çıxarılıb.

Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu gün kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayevin əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

Məlumata əsasən, bununla əlaqədar Aqrar Elm Mərkəzində keçirilən tədbirdə nazir müavini Seyfəddin Talıbov seleksiyaçı alim Əsəd Musayevin aqrar elmə verdiyi töhfələrdən danışıb və onun elmi fəaliyyətini yüksək qiymətləndirib.

Xatırladaq ki, Əsəd Musayev seleksiyaçı alim kimi uzun müddət rəhbərlik etdiyi doğma Elmi-Tədqiqat Əkinçilik İnstitutunda elmi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, nazirin müvafiq əmri ilə Aqrar Elm Mərkəzinin Baş direktoru vəzifəsi müvəqqəti olaraq Rəsul Balayevə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR