Azərbaycan prezidenti Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq nazirini qəbul edib

Azərbaycan prezidenti Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq nazirini qəbul edib
# 27 noyabr 2012 13:23 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Argentina Respublikasının kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycanla Argentina arasında ikitərəfli əlaqələrin son illər müxtəlif sahələrdə sürətlə inkişaf etdiyini vurğulayıb. Qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını deyən prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı ölkəmizin Argentina ilə əlaqələri iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatı sektorunda genişləndirməkdə maraqlı olduğunu deyib. O, Norberto Yauharın ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauhar ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb. O, Azərbaycan ilə Argentina arasında əlaqələrin iqtisadi, sosial və digər sahələrdə genişləndirilməsi üçün ölkəsinin prezidentindən ciddi tapşırıqlar aldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR