Azərbaycan prezidenti Kürdəmir heyvandarlıq və süd kompleksi ilə tanış olub - FOTO

Azərbaycan prezidenti Kürdəmir heyvandarlıq və süd kompleksi ilə tanış olub - <span style="color: red;">FOTO
# 07 avqust 2013 16:21 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbori Goozal dövlət başçısına məlumat verib ki, kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanılıb, bu ilin əvvəlində sona çatdırılıb. Kompleks Atakişili kəndində 10 hektar ərazidə ən müasir standartlar səviyyəsində inşa edilib. Müəssisənin tərkibinə süd emalı zavodu və 500 başlıq heyvandarlıq kompleksi daxildir.

Prezident İlham Əliyev kompleksin süd emalı zavodu ilə yaxından tanış olub, süd emalı prosesini izləyib.

Zavodda 10 növdə, 36 çeşiddə “Bizim süd” və “Azəri süd” brendi ilə məhsullar - yağ, xama, ayran, dovğa, kəsmik, kefir, qaymaq, şor, qatıq, yoqurt, pendir və digər məhsullar istehsal edilir.

Prezident İlham Əliyev süd emalı zavodunun fəaliyyəti ilə tanışlıqdan sonra kompleksin yeni qablaşdırma sahəsini işə salan düyməni basıb.

Burada İsveçin dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən “Tetra Pak” şirkətinin ən son avadanlığı quraşdırılıb.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, zavodun xammala olan tələbatının tam ödənilməsi məqsədilə Şamaxı rayonu ərazisində ümumi dəyəri 14 milyon manat olan 1500 başlıq yeni heyvandarlıq kompleksinin tikintisinə başlanılıb. Bu layihənin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 8 milyon manat güzəştli kredit ayrılıb.

Diqqətə çatdırılıb ki, ümumilikdə Aran iqtisadi rayonunda 6 min 270-dək sahibkara 300 milyon manatdan çox, o cümlədən Kürdəmir rayonunda 203 sahibkara 14,2 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 26 min 760-dək yeni iş yeri yaradılıb. Eyni zamanda, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq dövlətin güzəştli kreditləri hesabına 19 min 750 başlıq 16 müasir heyvandarlıq kompleksinin yaradılmasına 77 milyon manat və illik emal gücü 175,2 min ton olan 7 süd zavoduna 9,7 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilən süd emalı müəssisələrinin hamısı, heyvandarlıq komplekslərinin isə 9-u artıq istifadəyə verilib. Yeni fəaliyyətə başlayan Biləsuvar heyvandarlıq kompleksində 500 baş ətlik, 500 baş damazlıq qaramal bəslənəcəkdir. Artıq damazlıq qaramalın bir hissəsi ölkəyə gətirilib. Əlavə 3 heyvandarlıq kompleksinin maliyyələşdirilməsi məsələsinə baxılır.

Sonra Prezident İlham Əliyev heyvandarlıq ferması və buzovların saxlanma şəraiti ilə tanış olub.

Zavodun xammal bazasının təmin edilməsi məqsədi ilə süd emalı kompleksinin tərkibində ilkin olaraq yaradılan 500 başlıq iribuynuzlu heyvandarlıq kompleksi Almaniyanın “GEA” şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, bir dəfəyə 28 baş inək tutumlu “Paralel” tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilib. Kompleksə hər biri gündəlik 25 litrdən çox süd vermə qabiliyyətinə malik 500 baş “Holstein Friesian” cinsli inəklər gətirilib.

Heyvandarlıq kompleksində il ərzində 3,8 min ton süd istehsalı nəzərdə tutulur. Bu isə süd emalı zavodunun xammala olan tələbatını qismən ödəyir. Bununla yanaşı, Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərdən gündəlik südün qəbulu təşkil edilir.

Qeyd olunub ki, kompleksin tərkibində argentinalı mütəxəssislərlə birlikdə müasir anqar tipli yüngül konstruksiyalı tövlə də tikilib. Burada eyni vaxtda 3500 inək bəslənəcək.

Kompleksdə 140 nəfər daimi iş yeri ilə təmin edilib. İnşa olunan yeni heyvandarlıq kompleksinin hesabına işçilərin sayının 200-dək artırılacağı nəzərdə tutulur.

Komplekslə tanışlıq zamanı dövlət başçısına məlumat verilib ki, tətbiq olunan müasir texnologiyaların istifadəsi, cins heyvanların xüsusiyyətləri, yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə burada çalışan mütəxəssislərin bir hissəsi Avropa ölkələrində xüsusi kurs keçib. Gələcəkdə digər işçilərin də təcrübələrinin artırılması məqsədi ilə kurs və seminarlara göndərilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR