Azərbaycan və Argentina kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Argentina kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir
# 06 mart 2013 09:07 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Argentinanın kənd təsərrüfatı nazirinin müavini Lorenzo Bassonun rəhbərlik etdiyi nümayəndə həyətinin Azərbaycana üç günlük səfəri başa çatıb.

Argentinanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində L.Basso Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində bir sıra görüşlər keçirib. Bununla yanaşı, qonaqların nümayəndə heyəti bölgələrə də səfər edib. Səfərin əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri və potensialın öyrənilməsi istiqamətində müzakirələrin aparılması olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR