Azərbaycan və Moskva hökumətləri arasında Anlaşma Memorandumu imzalanacaq

Azərbaycan və Moskva hökumətləri arasında Anlaşma Memorandumu imzalanacaq
# 24 sentyabr 2014 09:15 (UTC +04:00)

Bakı–APA-Economics. Moskvanın meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətinin sentyabr ayının 25-də Bakıya səfəri zamanı Anlaşma Memorandumunun imzalanması gözlənilir.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, sənəd Azərbaycan istehsalçılarının və Rusiya paytaxtında fəaliyyət göstərən işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

Rusiya KİV-lərinin yaydığı məlumata görə, imzalanacaq memorandum əsasən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Məlumatda həmçinin qeyd olunur ki, Azərbaycan və Moskva hökumətləri arasında əməkdaşlıq 13 iyun 1997 ildə imzalanan sazişə söykənir. Ötən ilin statistik göstəricilərinə (sənaye-energetika sahəsini nəzərə almadan) əsasən, Azərbaycan və Moskva arasında ticarət dövriyyəsi 500 mln. ABŞ dolları təşkil edib. Cari ilin I yarısında isə bu göstərici 140,6 mln. dollar təşkil edib.

Azərbaycan şirkətləri tərəfindən Moskva iqtisadiyyatına 144 mln. dolardan artıq investisiya yatırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR