Azərbaycanda balıq və digər su bioresurslarının istifadəsi və saxlanılması qaydaları dəyişir

Azərbaycanda balıq və digər su bioresurslarının istifadəsi və saxlanılması qaydaları dəyişir
# 06 fevral 2015 09:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda balıq və digər su bioresurslarının istifadəsi, saxlanılması ilə bağlı qaydalara dəyişiklik edilir.

APA-nın məlumatına görə, bununla bağlı bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Heyvanlar aləmi haqqında”, “Ovçuluq haqqında” qanunlara və Torpaq Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, hər üç qanuna edilən dəyişiklik ötən ilin yaz sessiyasında qəbul olunan “Balıqçılıq haqqında” qanunun tələblərinə əsasən həyata keçirilir.

Layihəyə əsasən su hövzələrində balıq və digər su bioresurslarından istifadə balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura məqsədi ilə həyata keçiriləcək. Eyni zamanda balıqçılığın, o cümlədən akvakulturanın təşkili, balıq və digər su bioresurasları ovunun qaydaları balıqçılıq və su qanunvericiliyi əsasında həyata keçiriləcək. Torpaq Məcəlləsinə də bu dəyişikliyə uyğun texniki dəyişiklik təklif edilib.

Müzakirələrdən sonra layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR