Azərbaycanda kənd təsərrüfatı istehsalı 4,3% artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı 4,3% artıb
# 16 mart 2013 11:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulunun həcmi ötən ilin analoji dövrünə nisbətən 4,3% artıb.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, mart ayının 1-dək ölkədə 38,6 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 1,6 min hektar sahədə dənli və dənli paxlalılar, 10,7 min hektar sahədə kartof, 5,6 min hektar sahədə tərəvəz, 13 min hektar sahədə bostan bitkiləri, 20,7 min hektar sahədə çoxillik otlar əkilib.


Bundan başqa, hesabat dövründə heyvandarlıq məhsullarından keçən ilə nisbətən diri çəkidə ət istehsalı 1,6 min ton, yaxud 2,4% artaraq 69,3 min ton, süd istehsalı 11,7 min ton və ya 4,8% artaraq 255,8 min ton, yumurta istehsalı 33,6 mln. ədəd, yaxud 18,5% artaraq 214,6 mln. ədəd, bitkiçilik məhsullarından 3 358 ton (2012-ci ildəkindən 12%
çox) tərəvəz istehsal edilib: «Qeyd olunan məhsulların istehsalının artması kənd
təsərrüfatının ümumi məhsulunun ötən ilki səviyyədən 4,3% yüksək olmasını təmin
edib».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR