Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri fevralda 0,1% düşüb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri fevralda 0,1% düşüb
# 07 mart 2013 14:54 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,1% aşağı düşüb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,3%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,1% aşağı düşüb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,6% artıb.

«Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,1%, quru lobyanın 1,2%, göyərtilərin 5,6%, pomidorun 1%, baş sarımsağın 0,3%, baş soğanın 0,2%, kələmin 0,1%, yoncanın istehsalçı qiymətləri 0,4% artıb, arpanın istehsalçı qiymətləri 0,2%, kartofun 2%, quru noxudun 6,2%, quru otun istehsalçı qiymətləri isə 1,4% enib», - deyə Komitədən bildirilib.

Çoxillik bitkilərdən limonun və portağalın istehsalçı qiymətləri müvafiq olaraq 0,1% və 3,7% aşağı düşüb, almanın istehsalçı qiymətləri 2,5%, heyvanın 0,2%, şabalıdın 7%, fındığın 1%, qozun 0,6%, naringinin istehsalçı qiymətləri isə 0,6% artıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1%, camışın 0,4%, hind toyuğunun 0,9%, mal ətinin (diri çəkidə) 0,1%, yumurtanın istehsalçı qiymətləri 4,2% artıb: «Bu bahalaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,7%, qoyun ətinin (diri çəkidə) 0,2%, südün 0,7%, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 3,1% düşüb».

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,8% enmə müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR