Bakı. Şamil Əlibəyli – APA. Cari ilin birinci yarısında Azərbaycan Gürcüstandan ümumi diri çəkisi 8 280 ton olan mal-qara idxal edib. APA-nın “Business Georgia” saytına istinadən verdiyi məlumata görə, idxal olunan mal-qaranın ümumi dəyəri 21 330 000 dollar təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkədən aldığı mal-qaranın miqdarı 59,72% artıb. Belə ki, 2012-ci ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycana diri çəkidə 5,2 min ton iribuynuzlu heyvan satıb.
Ümumilikdə isə 2013-cü ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycana 332 milyon dollar məbləğində ixracat gerçəkləşdirib. Bu da ölkənin ümumi ixracatının 26,9%-ni təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana ixracatın səviyyəsi 17,5% artıb.