Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının kənd təsərrüfatı üzrə alt komitəsinin görüşü keçirilib - FOTO

Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının kənd təsərrüfatı üzrə alt komitəsinin görüşü keçirilib - <span style="color: red;">FOTO
# 12 mart 2013 10:59 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA-Economics. Bu gün Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının kənd təsərrüfatı üzrə alt komitəsinin görüşü keçirilib.

APA-Economics”in məlumatına görə, görüşdə Azərbaycan tərəfini kənd təsərrüfatı nazirin müavini Bəhram Əliyev və nazirliyin rəsmiləri, Macarıstan tərəfini isə Kənd İnkişaf Nazirliyinin dövlət katibi Dyula Budayın rəhbərlik etdiyi və macar biznesmenlərdən ibarət olan nümayəndə heyəti təmsil edib.

Tədbirdə çıxış edən B.Əliyev ikitərəfli əlaqələrin dərinləşməsi üçün böyük imkanlar olduğunu vurğulayıb. O, “Azərbaycan-2020: Gələcəyə baxış” konsepsiyası barədə qonaqlara məlumat verib və qeyd edib ki, bu sənəd kənd təsərrüfatı ilə bağlı 4 istiqaməti əhatə edir: “Bunlar bitkiçilik, heyvandarlıq, torpaqların məhsuldarlığı və marketinqdir. Hazırda əsas məqsədimiz kənd təsərrüfatında məhsuldarlığı artırmaq, ərzaq təhlükəsizliyini təmin etməkdir”.

Öz növbəsində D.Buday Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb: “Toxumçuluq, süd verən iri buynuzlu heyvanların ixracı və ətraf mühitin mühafizəsi istiqamətlərində Macarıstanın təcrübəsi var və biz bu sahələrdə əməkdaşlıq etməyə şad olardıq”.

Görüşün sonunda tərəfləri maraqlandıran suallara cavablar verilib, qrunt suların neftdən təmizlənməsi, üzümçülük, biotexnologiyalar, viruslara davamlı bitkilərin yetişdirilməsi üzrə təkliflər səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR