Dünya bazarında buğda və qarğıdalı ucuzlaşıb

Dünya bazarında buğda və qarğıdalı ucuzlaşıb
# 06 avqust 2013 09:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dünya bazarında buğda və qarğıdalının qiyməti düşüb.

APA-Economics”in məlumatına görə, Çikaqo buğda birjasında qarğıdalı dəninin bir buşeli (25,5 kq) 1,6% ucuzlaşaraq 4,56 dollar təşkil edib. Bu, son 34 ay ərzində - 2010-cu ilin oktyabr ayından bu yana bu növdən olan dənli bitkinin ən aşağı qiymət göstəricisidir.

Qiymətin bu qədər ucuzlaşmasına səbəb ABŞ-ın aqrar regionlarında bol məhsuldarlığın əldə olunmasıdır.

Qarğıdalı dəninin ucuzlaşması öz növbəsində buğdanın da qiymətinin 13 aylıq minimuma düşməsinə səbəb olub. Belə ki, buğdanın bir buşeli (27,2 kq) 2,3% ucuzlaşaraq 6,4525 dollar təşkil edib. Belə qiymət ucuzlaşması 2012-ci ilin iyun ayından bu yana olmayıb.

Buğda dəninin ucuzlaşmasına əsas faktor kimi, maldarlıqla məşğul olan bir çox alıcıların buğa dənindən imtina edərək, mal-qaranın qidası kimi daha ucuz qarğıdalı dəninə keçməsi göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR