Kənd təsərrüfatı texnikalarının alınmasına dövlət tərəfindən 40 faiz dəstək veriləcək

Kənd təsərrüfatı texnikalarının alınmasına dövlət tərəfindən 40 faiz dəstək veriləcək
# 25 iyul 2014 16:53 (UTC +04:00)

Bakı. Teymur Zahidoğlu – APA. Azərbaycanda kənd təsərrüfatı texnikalarının alınmasında və lizinqə verilməsində 40 faizdən çox dövlət dəstəyi ola bilər.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazirin sözlərinə görə, prezident İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabineti tərəfindən hazırda bu məsələnin həlli üçün müvafiq qanun və sənədlər hazırlanır.

H. Əsədov deyib ki, gübrə satışında fermerlərə edilən güzəştin həcmi də 50 faizdən 70 faizə qaldırılacaq. Hər hektara dövlət tərəfindən verilən gübrənin miqdarının artırılması da nəzərdə tutulur.

Bütün bunlarla yanaşı, əkin sahələrinin suvarılmasına olan ehtiyacın ödənilməsi üçün dövlət tərəfindən proqram hazırlandığın bildirən nazir kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün dövlət tərəfindən fermer və sahibkarlara hər cür köməklik göstəriləcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR