Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,3%

Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,3%
# 08 sentyabr 2014 12:13 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6% bahalaşıb. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, çoxillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə uyğun olaraq 1,3 və 2,1 % ucuzlaşıb.

Birillik bitkilərdən xiyarın 55,9%, qarpızın 32,1%, yoncanın 25,7%, lobyanın 24,4%, pomidorun 21,2%, buğdanın istehsalçı qiymətləri 3,7% bahalaşıb. Günəbaxan toxumunun 2,0%, qarğıdalının 0,1%, yerkökünün istehsalçı qiymətləri isə 0,2% ucuzlaşıb.

Çoxillik bitkilərdən süfrə üzümünün 7,3%, moruq və böyürtkənin 21,1%, fındığın istehsalçı qiymətləri 5,7% ucuzlaşıb, şaftalının 12,8%, gavalı və göyəmin 4,7%, almanın isə istehsalçı qiymətləri 1,1% bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından təbii balın 1,2%, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun və həmçinin, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,1% bahalaşıb, yumurtanın 4,0%, quş ətinin (diri çəkidə) 9,9%, südün və həmçinin, mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5% ucuzlaşıb.

Avqust ayında yanacaq oduncağının əvvəlki ayla müqayisədə istehsalçı qiymətinin 6,0% bahalaşması nəticəsində ümumilikdə meşə təsərrüfatı üzrə istehsalçı qiymətləri indeksi 105,8% təşkil edib.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR