Lənkəranda bədbəxt hadisə: it 2 yaşlı uşağın üzünü qoparıb

Lənkəranda bədbəxt hadisə: it 2 yaşlı uşağın üzünü qoparıb
# 09 iyul 2019 00:07 (UTC +04:00)

Liman şəhərində it uşağa hücum edib və üzünü yaralayıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə Liman şəhərində baş verib.

Şəhər sakini, 2017-ci il təvəllüdlü Nərmin Emin qızı Hüseynova valideyni ilə küçədə gəzərkən sahibsiz itin hücumuna məruz qalıb. Dəri defektli sol gözaltı nahiyənin və burnun sağ payının əzilmiş-didilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən uşağın hazırda vəziyyəti normaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR