Bakıda yaşayış evində yanğın olub, 5 nəfər təxliyə edilib

Bakıda yaşayış evində yanğın olub, 5 nəfər təxliyə edilib
# 04 fevral 2018 22:11 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları, ev əşyaları 20 m2 sahədə və dəhlizinin taxta atmaları 8 m2 sahədə yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR