Tramp şelfdəki neft-qaz yataqlarının işlənilməsinə dair yeni proqram açıqlayıb

Tramp şelfdəki neft-qaz yataqlarının işlənilməsinə dair yeni proqram açıqlayıb
# 30 iyun 2017 04:49 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp ölkənin şelfində neft və qaz yataqlarının işlənilməsinə dair yeni proqramın hazırlandığını bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tramp bu barədə Energetika Nazirliyində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, ölkənin sahilləri boyunca yerləşən enerji sərvətlərinə yol açacaq.

Tramp qeyd edib ki, bu addım əlavə enerji resurslarının üzərinə qoyulmuş qadağaları aradan qaldırmağa imkan yaradacaq. Onun sözlərinə görə, əvvəlki administrasiya dövründə həmin yataqların əksəriyyətinin işlənilməsinə qadağa qoyulmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR