Azərbaycanda bir həftə ərzində 95 minə yaxın ağac əkilib

Azərbaycanda bir həftə ərzində 95 minə yaxın ağac əkilib
# 08 mart 2020 09:45 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın bütün rayonlarında “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul”  devizi altında yaz ağacəkmə aksiyaları davam etdirilir.

APA-nın məlumatına görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında deyib ki, bir həftə ərzində respublika üzrə ümumilikdə 80 hektar ərazidə 94 620 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib.

Eyni zamanda  4 349 hektar seyrək ərazidə isə bərpa işləri aparılaraq 113 mindən çox müxtəlif cinsli ağac və kol bitkiləri salınıb. Ağac əkilən sahələrin böyük hissəsinə damcılı suvarma sistemi çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR