ABŞ prezidentliyinə namizəd Barak Obamanı öldürmək istəyən şəxs həbs olunub

ABŞ prezidentliyinə namizəd Barak Obamanı öldürmək istəyən şəxs həbs olunub
# 08 avqust 2008 07:22 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 22 yaşlı Reymond Hanter Geyzel (Raymond Hunter Geisel) 2008-ci il iyul ayının sonlarında hazırlıq kursunda birgə oxuduğu tələbələrə B. Obama seçkilərdə qalib gələcəyi təqdirdə, onu öldürəcəyini bildirib. O, həmçinin hazırkı prezident Corc Buşu da öldürmək istədiyini deyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onun yaşadığı oteldə və avtomobilində axtarış aparıblar. Axtarış zamanı onun yaşadığı otaqdan istifadəyə hazır tapança, bir neçə bıçaq, zirehli gödəkcə və hərbi geyim aşkarlanıb. 22 yaşlı gəncin avtomobilindən isə fövqəladə hallar xidməti üçün nəzərdə tutulmuş işıqsaçan mayaklar tapılıb.
R. H. Geyzel avqustun 3-də saxlanılıb, avqustun 7-də keçirilən məhkəmədə onun girov qarşılığında sərbəst buraxılması barədə xahiş təmin olunmayıb.
Geyzel isə dindirilmə zamanı ittihamları rədd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR