ABŞ-da Rusiyaya etiraz səsləri ucalır

ABŞ-da Rusiyaya etiraz səsləri ucalır
# 09 avqust 2008 08:28 (UTC +04:00)
Vaşinqton – APA. “ABŞ prezidenti Corc Buş Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edir və Cənubi Osetiyada Rusiyanın iştirakı ilə baş verən hərbi münaqişəni izləyir”. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Dana Perina deyib. O, tərəfləri atəşi dərhal dayandırmağa çağırıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Zalmay Xəlilzad isə bildirib ki, Təhlükəsizlik Şurası Rusiya və Gürcüstanı hərbi əməliyyatlara son qoyaraq danışıqlar masası arxasına əyləşməyə səsləməlidir: “Zorakılığı tezliklə dayandırmaq lazımdır. Hazırda əsas məsələ budur”. Z. Xəlilzad deyib ki, Rusiya quru qoşunlarından, təyyarə və raketlərdən istifadə etməklə Gürcüstana qarşı başladığı hücumu dərhal dayandırmalıdır.
Respublikaçıların prezidentliyə namizədi Con Makkeyn isə gecikmədən NATO Şurasının təcili iclasını çağırmaq lazım olduğunu söyləyib. Senatorun bəyanatında bildirilir ki, Rusiya dərhal və qeyd-şərtsiz hərbi əməliyyatları dayandırmalı və öz qoşunlarını suveren Gürcüstanın ərazisindən çıxarmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR