Barak Obama: “Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün geniş imkanlar açacaq”

Barak Obama: “Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün geniş imkanlar açacaq”
# 22 sentyabr 2008 15:27 (UTC +04:00)
Vaşinqton – APA. “Qafqazdakı son hadisələr sülhün əldə edilməsi yolunda ardıcıl olmağın önəmini ortaya qoydu. Son günlərdə biz Ermənistan və Türkiyə prezidentlərinin ümidverici addımlarının şahidi olduq. Onların dialoqa başlaması münasibətlərin normallaşmasına gətirib çıxara bilər, bu isə ticarət, nəqliyyat və enerji məsələlərində Ermənistan üçün geniş imkanlar açacaq”. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, bu sözlər ABŞ prezidentliyinə namizəd Barak Obamanın Ermənistanın Müstəqillik Günü ilə bağlı müraciətində əksini tapıb. B. Obama bildirib ki, ABŞ-ın siyasəti də bu istiqamətdə qurulmalıdır. O, erməni xalqının müharibə və qeyri-sabitliklə müşayiət olunan dövrü arxada qoyaraq öz taleyinin sahibi olduğunu qeyd edib: “Ermənistan və diaspora hətta soyqırım və ağrı-acılar dövründə də ermənilikdən geri addım atmayıb”. B. Obama ermənilərin ABŞ-da elmin, mədəniyyətin, biznesin və siyasi təfəkkürün inkişafına böyük töhfə verdiklərini də vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR