ABŞ-da prezident seçkiləri başlayıb

ABŞ-da prezident seçkiləri başlayıb
# 22 sentyabr 2008 15:36 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkiləri üçün vaxtından əvvəl səsvermə başlayıb. APA-nın “Time” jurnalına istinadən verdiyi məlumata görə, ilk seçki məntəqələri Virciniya ştatında açılıb. Ümumilikdə 36 ştatda vaxtından əvvəl səsvermə olacaq. ABŞ vətəndaşlarının üçdə birinin prezident seçkilərinin keçiriləcəyi 4 noyabra qədər səs verəcəyi gözlənilir. Xatırladaq ki, 2000-ci il seçkilərində seçicilərin 15%-i, 2004-cü ildə isə 20%-i öncədən vətəndaşlıq borcunu yerinə yetirmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR