“Əl-Qaidə“ gələn ay ABŞ-da terror aksiyaları törətməyə hazırlaşır

“Əl-Qaidə“ gələn ay ABŞ-da terror aksiyaları törətməyə hazırlaşır
# 23 sentyabr 2008 08:49 (UTC +04:00)
Vaşinqton – APA. “Əl-Qaidə“ beynəlxalq terror təşkilatı dünyanın müxtəlif ölkələrindəki özəklərinə xəbərdarlıq göndərib. APA-nın xəbərinə görə, ABŞ-ın “The New York Sun” qəzeti adının çəkilməsini istəməyən dövlət məmuruna istinadən mesajda aşağıdakı sözlərin yer aldığını yazıb: “Hazır olun. Tezliklə bizə lazım ola bilərsiniz”. Xəbərdarlığı şərh edən ekspertlər bildiriblər ki, “Əl-Qaidə” ABŞ-da prezident seçkilərinin nəticələrinə təsir edə biləcək “oktyabr sürprizi”nə hazırlaşır. Qəzet xatırladır ki, 2004-cü ilin martında İspaniyada elektrik qatarında törədilən terror aktı parlament seçkilərində İraqdan qoşunları çıxaracağını vəd edən sosialistlərin qələbəsinə gətirib çıxarıb. Ancaq ekspertlər ABŞ-da törədiləcək terrorun xarici siyasətdə sərt xəttin tərəfdarı və İraqdan qoşunların çıxarılmasının əleyhdarı olan Con Makkeynin mövqelərini gücləndirəcəyini söyləyirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR