Bu gün BMT Baş Assambleyasında ABŞ və İran prezidentləri çıxış edəcəklər

Bu gün BMT Baş Assambleyasında ABŞ və İran prezidentləri çıxış edəcəklər
# 23 sentyabr 2008 10:12 (UTC +04:00)
Nyu-York-APA. BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində bu gün ABŞ prezidenti Corc Buş, İran prezidenti Mahmud Əhmədinejad və Gürcüstan prezidenti Mixail Saakaşvilinin çıxışları nəzərdə tutulur. APA-nın məlumatına görə, ənənəyə uyğun olaraq ABŞ və İran prezidentlərinin çıxışları günü fərqli saatlarına salınıb, bu səbəbdən “mehriban düşmənlər” bir-birilərini dinləməyəcəklər. Bu gün sessiyada Cənubi Osetiyada vəziyyətə dair məsələnin müzakirəsi nəzərdə tutulmasa da, istənilən nümayəndə heyəti ümumi debatlar çərçivəsində bu məsələni qaldıra bilər. Gürcüstan prezidenti Mixail Saakaşvilinin çıxışı isə bu gün gecə saatlarına gözlənilir. Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili bildirib ki, prezident çıxışını avqustda Rusiyanın Gürcüstana qarşı atdığı addımların siyasi - iqtisadi nəticələri üzərində quracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR