ABŞ prezidentliyinə namizəd Con Makkeyn seçki kampaniyasını dayandırıb

ABŞ prezidentliyinə namizəd Con Makkeyn seçki kampaniyasını dayandırıb
# 25 sentyabr 2008 08:00 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ prezidentliyinə namizəd Con Makkeyn seçki kampaniyasını dayandıraraq Vaşinqtona qayıtmaq barədə qərar qəbul edib. APA-nın “France Presse” agentliyinə istinadən yaydığı məlumata görə, C. Makkeyn ölkədəki kəskin maliyyə böhranı ilə əlaqədar bu qərarı verib. O, rəqibi Barak Obamanı qərarından xəbərdar edərək onu da seçki kampaniyasını dayandırmağa çağırıb və cümə gününə təyin olunmuş teledebatları təxirə salmağı təklif edib. Ancaq demokratların namizədi bununla razılaşmayıb. O, jurnalistlərə bildirib ki, prezidentliyə namizəd eyni anda bir neçə işi yerinə yetirməyi bacarmalıdır. B. Obama Nümayəndələr Palatasının sədri Nensi Pelosi, demokratların lideri Hovard Din və maliyyə naziri Henri Polsonla müntəzəm əlaqə saxladığını söyləyib. Namizəd deyib ki, onun köməyinə ehtiyac yaransa, dərhal Vaşinqtona yola düşməyə hazırdır. B. Obamanın fikrincə, məhz indiki şəraitdə amerikalılar bilməlidir ki, növbəti prezident bu qarma-qarışıqlıqla necə mübarizə aparmaq niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR