Venesuela prezidentinə sui-qəsd hazırlayan iki nəfər həbs olunub

Venesuela prezidentinə sui-qəsd hazırlayan iki nəfər həbs olunub
# 25 sentyabr 2008 11:01 (UTC +04:00)
Karakas-APA. Venesuela prezidenti Uqo Çavesə qarşı sui-qəsd hazırlayan iki şübhəli şəxs həbs olunub. APA-nın məlumatına görə, Zuliya ştatında saxlanan şəxslərdən tank əleyhinə qumbaraatan və onun üçün sursat, həmçinin əl qumbaraları götürülüb. Venesuela Daxili İşlər Nazirliyi saxlanan şəxslərin adlarını açıqlamayıb. Qeyd edək ki, ölkənin təhlükəsizlik orqanları prezident Çavesə qarşı sui-qəsd planının üstünün açılması barədə hələ sentyabrın 12-də məlumat yayıblar. Məlumatda bildirilirdi ki, sui-qəsd ABŞ hakimiyyət orqanlarının dəstəyi ilə istefada olan hərbçilər və müxalifət təmsilçiləri tərəfindən hazırlanıb. Xüsusi xidmət orqanlarının məlumatına görə, sui-qəsdçilər Uqo Çavesin təyyarəsini vurmağı planlaşdırıblar. Sui-qəsd planını üstü açıldıqdan sonra prezident Çaves ABŞ səfiri Patrik Daddini persona non-qrata elan edərək ondan 72 saat ərzində ölkədən getməyi tələb edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR