Üsamə bin Ladenin köməkçilərindən biri ömürlük həbs cəzasına məhkum edilib

Üsamə bin Ladenin köməkçilərindən biri ömürlük həbs cəzasına məhkum edilib
# 04 noyabr 2008 08:11 (UTC +04:00)
Quantanamo – APA. “Əl-Qaidə” lideri Üsamə bin Ladenin köməkçilərindən biri olan Əli Həmzə əl-Bəlul ömürlük həbs cəzasına məhkum edilib. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Quantanamodakı hərbi tribunal onu qətllərə çağırışda və terroru dəstəkləməkdə günahkar sayıb. 39 yaşlı yəmənli “Əli-Qaidə” mənsubu məhkəmə prosesi boyunca sakitliyini pozmasa da, hökm oxunduqdan sonra çıxış edərək Üsamə bin Ladenə dəstəyini ifadə edib. O, tribunalın qərarının “Əl-Qaidə”nin ABŞ-a qarşı daha əzmlə mübarizə aparmasına səbəb olacağını bildirib. Əli Həmzə 11 sentyabrın terroruna həsr etdiyi şeirini də oxuyub.

Qeyd edək ki, Əli Həmzə 11 sentyabr terrorunu törədən iki terrorçunun videomüraciətini lentə alıb və “Əli-Qaidə” üçün 2 saatlıq reklam filmi çəkib. Onun 2000-ci ilin oktyabrında Yəmən sahillərində ABŞ hərbi gəmisinin partladılması ilə əlaqəsi olduğu da güman edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR