Amerika kollecində iki nəfər güllələnib

Amerika kollecində iki nəfər güllələnib
# 11 aprel 2009 08:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. ABŞ-ın Miçiqan ştatının Dirborn şəhərində Henri Ford adına Kollecdə iki nəfər naməlum şəxs tərəfindən güllələnib. APA-nın məlumatına görə, ilkin versiyaya əsasən, cinayətkar təsadüfi adamlara atəş açmaq və sonradan özünə intihar etmək niyyətində olub. Hazırda polis cinayətkarın saxlanılması üçün əməliyyat keçirir. Bununla yanaşı, qatilin ölənlərdən birinin olduğu da istisna edilmir. Qeyd edək ki, öldürənlərin biri kişi, digəri isə qadındır.
Xatırladaq ki, ABŞ-da səbəbsiz atəşaçma faktları son zamanlar tez-tez baş verir. Belə ki, martın 29-da Şimali Karolina sakini Robert Styuart 8 nəfəri öldürərək, sonra özü də intihar edib. Aprelin 1-də kaliforniyalı Devan Kalatat özünün 5 qohumunu öldürərək, özünü də güllələyib. Aprelin 3-də Vyetnamda doğulmuş Civerli Vonq Nyu-York ştatının Miqrasiya Mərkəzində 13 nəfəri öldürüb, daha sonra isə intihar edib. Aprelin 8-də Alabama sakini Kevin Qarner əvvəl həyat yoldaşı və uşaqlarını, sonra isə özünü öldürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR