ABŞ prezidenti Barak Obamaya Nobel Sülh Mükafatı təqdim olunub

ABŞ prezidenti Barak Obamaya Nobel Sülh Mükafatı təqdim olunub
# 10 dekabr 2009 15:22 (UTC +04:00)
Oslo-APA. ABŞ prezidenti Barak Obamaya Nobel Sülh Mükafatı təqdim edilib. APA-nın məlumatına görə, Barak Obama bu mükafata beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın möhkəmlənməsinə yönəlik səylərinə görə layiq görülüb. Oslo bələdiyyə binasında keçirilən mərasim CNN telekanalı ilə canlı yayımlanıb.

Qeyd edək ki, Barak Obamanın Nobel Sülh Mükafatına layiq görülməsi dünyada birmənalı qarşılanmayıb. Buna qarşı çıxanlar öz mövqelərini mükafata layiq görülməzdən bir neçə gün əvvəl Barak Obamanın Əfqanıstanda ABŞ hərbi kontingentinin sayını artırması ilə əsaslandırıblar. Bəzi təşkilatlar isə ABŞ prezidentini mükafatdan imtina etməyə çağırıblar. Kuinnipiak Universitetinin keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların 66 faizi Obamanı bu mükafata layiq bilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR