Çikaqoda təyyarə qəzası 2 nəfərin həyatına son qoyub
06 yanvar 2010 03:39 (UTC +04:00)
Bakı – APA. Çikaqo Hava Limanına məxsus olan yük təyyarəsi qəzaya uğrayıb. O, limandan cənubda yerləşən de-Plan çayına düşüb.
“Press TV”-nin məlumatına görə, qəza nəticəsində pilot və onun köməkçisi həlak olub. Qlenvi Baş Yanğın İdarəsinin rəisi Veyn Qlobeberger deyib ki, həlak olanların şəxsiyyətlərinin hadisə yerində müəyyənləşdirilməsi mümkün olmayıb.
Federal Aviasiya İdarəsinin mətbuat katibi Elizabet İsham Kori bildirib ki, Ouklənd Beynəlxalq Hava Limanından qalxan 10 nəfərlik, 2 mühərrikli “Lear 35A” təyyarəsi, Detroyt ştatından 35 km aralıda, hava limanının cənubunda yerləşən çaya düşərək qəzaya uğrayıb.
Xatırladaq ki, “Lear 35A” tipli yük təyyarələri dünyada təhlükəsiz uçuşlar edən təyyarələr arasındadır.

Amerika
Tramp zarafat edərək atışma səbəbilə qolf oyununun raundunu bitirmədiyini deyib
06:14
16 sentyabr 2024
Kəşfiyyat İran tərəfindən sui-qəsd təhlükəsi ilə bağlı Trampa məlumat verib
04:41
16 sentyabr 2024
Trampa sui-qəsddə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
03:41
16 sentyabr 2024
ABŞ ordusu Yəməndə husilərin raket sistemini məhv edib
02:57
16 sentyabr 2024