ABŞ «altılığın» İranla bağlı görüşünün nəticələrindən razıdır

ABŞ «altılığın» İranla bağlı görüşünün nəticələrindən razıdır
# 20 yanvar 2010 00:52 (UTC +04:00)
Bakı-APA. ABŞ ötən şənbə günü «altılığın» İranın nüvə problemi ilə bağlı keçirdiyi görüşün nəticələrindən məmnundur, lakin əvvəlki kimi İslam Respublikasının davranışını qeyri-adekvat hesab edir.

"Biz bir neçə istiqamətdə irəliləmişik və inanırıq ki, müəyyən nailiyyətlər əldə etmişik", - deyə çərşənbə axşamı keçirilmiş brifinqdə ABŞ Dövlət Departamentinin rəsmisi Filip Krouli bildirib.

APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, «altılıq» ölkələri yüksək rütbəli diplomatlarının şənbə günü Nyu-Yorkda başa çatmış görüşü İrana qarşı hər hansı əlavə sanksiya qəbul olunmadan başa çatıb.

Danışıqların nəticəsinin olmamağına baxmayaraq, tədbirdə sədrlik edən Avropa İttifaqı nümayəndəsi Robert Kuper bildirib ki, bəzi «gələcək addımlar» artıq nəzərdən keçirilir. Lakin diplomat bu addımların mahiyyətini açıqlamaqdan imtina edib.

Xatırladaq ki, İran əvvəllər də olduğu kimi özünün atom sənayesini inkişaf etdirmək hüququnu qorumağa çalışır və nüvə tədqiqatlarının sırf sülh məqsədlərinə yönəldiyini bəyan edir.

İranın Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst bildirib ki, bu ölkənin nüvə dosyesi yalnız MAQATE çərçivəsində nəzərdən keçirilməlidir ki, qaranlıq siyasi məqsədlər istisna edilsin.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR