Los-Ancelesdə restoranda güllələnən şəxslərin milliyyətcə erməni olduqları təsdiqlənib

Los-Ancelesdə restoranda güllələnən şəxslərin milliyyətcə erməni olduqları təsdiqlənib
# 05 aprel 2010 07:19 (UTC +04:00)
APA-nın məlumatına görə, öldürülən şəxslər Xarut Baburyan, Sərkis Karacyan, Vardan Tofalyan və Xayk Eqnanyandır. Onların Los-Anceles sakinin olub-olmadıqları açıqlanmır. Rəsmi orqanlar qətlin əvvəlcədən planlaşdırıldığını güman edirlər.

Qeyd edək ki, Los-Ancelesdə silahlı şəxs kafedə 4 nəfəri qətlə yetirib, 2 nəfəri isə yaralayıb. APA-nın KTLA telekanalına istinadən verdiyi məlumata görə, insident aprelin 3-də yerli vaxtla saat 16.40-da (Bakı vaxtı ilə aprelin 4-ü saat 04.40) “Hot Spot” kafesində baş verib.

Açılan atəş nəticəsində 3 nəfər yerində ölüb, 1 nəfər isə xəstəxanada keçinib. Yarlıların da vəziyyəti ağırdır.

Şahidlərin bildirdiyinə görə, atəş açan şəxs 30 yaşlarında Ermənistan əsillidir. Qatil hadisə yerindən qaçaraq gizlənib. Polis onun axtarışına başlayıb.

“Los Angeles Times” qəzetinin mənbəsi iddia edir ki, ölənlər erməni cinayətkar qruplarından birinin üzvləri olublar. AFP isə ölənlərin yaşlarının 25-31 arasında olduğunu xəbər verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR