Obama Ərdoğanı İrana qarşı sanksiyaların vacibliyinə inandırmağa çalışıb

Obama Ərdoğanı İrana qarşı sanksiyaların vacibliyinə inandırmağa çalışıb
# 20 may 2010 03:06 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında sonuncunu Tehrana qarşı sanksiyaların qəbul edilməsinin vacibliyinə inandırmağa çalışıb.

İranla aşağı dərəcədə zənginləşdirilmiş uranın yüksək zənginləşdirilmiş uranla əvəz edilməsi barədə saziş imzalayan Türkiyə və Braziliya BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyalar barədə qətnamə layihəsinin müzakirəsinin dayandırılmasını təklif ediblər.

Obamanın fikrincə isə, İranın nüvə sahəsindəki siyasəti hələlik inam doğurmur. «Uranın zənginləşdirilməsindən imtina etməsi barədə rəsmi və inandırıcı bir söz hələ ki, İrandan alınmayıb», deyə ABŞ prezidenti xatırladıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR