Amerikalı general Devid Petreus Senatda çıxışın zamanı huşunu itirib

Amerikalı general Devid Petreus Senatda çıxışın zamanı huşunu itirib
# 16 iyun 2010 08:17 (UTC +04:00)
Bakı-APA. ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Devid Petreus Senatdakı dinləmələrdə çıxış edən zaman huşunu itirib. APA-nın məlumatına görə, general Senata Əfqanıstandakı durumla bağlı məlumat vermək üçün çağırılıb. O, senatorların Əfqanıstandan qoşunların nə zaman çıxarılacağına dair suallarını cavablandıran zaman qəflətən huşunu itirib. Lakin tezliklə özünə gələn general Petreus Senatı tərk edib. General Petreus bir müddət əvvəl şiş xəstəliyindən müalicə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR