Arkanzas aeroportunda içərisində 60 insan başı olan konteyner aşkarlanıb

Arkanzas aeroportunda içərisində 60 insan başı olan konteyner aşkarlanıb
# 18 iyun 2010 07:51 (UTC +04:00)
APA-nın məlumatına görə, aeroport işçiləri müvafiq göndəriş vərəqəsi olmadığına görə yükdən şübhələnib və konteyneri açıblar. Hazırda yükün kimə məxsus olduğu aydınlaşdırılır. Qeyd edək ki, Arkanzasda dəfələrlə qeyri-leqal yolla insan orqanlarının ticarəti faktı aşkarlanıb. İnsan başı aşkarlanan yükün ünvanlandığı Texasın Medtronik şirkəti isə bu kimi yüklərin daşınmasının adi hal olduğunu bəyan edib. ABŞ-ın bütün ərazisində insan bədəninin hissələrinin alğı-satqısı federal qanunla qadağan edilib. Bununla belə əgər başların tibbi tədqiqat üçün nəzərdə tutulduğu təsdiqlənsə, aeroport işçiləri yükü gecikdirdiklərinə görə kompensasiya ödəməli olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR