Pakistanlı terrorçu Faysal Şahzad günahını etiraf edib

Pakistanlı terrorçu Faysal Şahzad günahını etiraf edib
# 22 iyun 2010 03:29 (UTC +04:00)
Bakı-APA. Nyu-Yorkda Tayms-skveri partlatmağa cəhd etməkdə günahlandırılan Pakistan mənşəli amerikalı Faysal Şahzad bütün müddəalar üzrə öz günahını etiraf edib.

Şahzadı həm də kütləvi qırğın silahından istifadə edərək partlatmağa cəhd etməkdə ittiham edirlər.

Faysal Şahzad pulları «Təhrik-i-taliban Pakistan» qruplaşmasından alırmış. Həmin pullara Şahzad avtomobil, həmçinin əldəqayırma partlayıcı qurğu üçün komponentlər alıb. Mayın 1-də o maşını Tayms-skverin yaxınlığında saxlayıb, lakin xoşbəxtlikdən partlayış baş verməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR