Çaves ALBA ölkələrini «yanki imperiyasına» qarşı mübarizə aparmağa çağırıb

Çaves ALBA ölkələrini «yanki imperiyasına» qarşı mübarizə aparmağa çağırıb
# 26 iyun 2010 04:55 (UTC +04:00)
Bakı-APA. Venesuela lideri Uqo Çaves «Bizim Amerikanın Bolivar alyansı»nı (ALBA) «yanki imperiyasına» qarşı mübarizəyə çağırıb.

Ekvadorun Otavalo şəhərində keçirilən sammitdə o «Amerika imperiyası»nın müstəqil ölkələrin suverenliyinə hörmət etməli və «dünya xalqlarına hədə-qorxu gəlməkdən» çəkinməli olduğunu bildirib. Venesuela lideri həmçinin «MKİ-nin QHT və müxtəlif fondlar vasitəsilə» Latın Amerikası ölkələrinin ictimai hərəkatlarına daxil olmasının qarşısını almağa çağırıb.

ALBA siyasi-iqtisadi bloku 2004-cü ilin dekabrında Kuba və Venesuela tərəfindən ABŞ-ın Amerikalar üçün Azad ticarət zonası yaratmaq təşəbbüsünə qarşı yaradılıb. Bu gün bloka Boliviya, Venesuela, Kuba, Nikaraqua, Ekvador, həmçinin Karib dənizində ada ölkələri olan Antiqua və Barbuda, Sent-Vinsent və Qrenadin, Dominika Birliyi daxildirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR