Braziliyada İran sahibkarı öldürülüb

Braziliyada İran sahibkarı öldürülüb
# 14 oktyabr 2010 20:17 (UTC +04:00)
Bakı-APA. Braziliya polisi İran sahibkarı Bahnanə Gerafarın qətlə yetirilməsi ilə bağlı istintaq aparır.
APA-nin svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, 71 yaşlı İran sahibkarı daşınmaz əmlak ilə məşğul idi.
Polis nümayəndəsi bildirib ki, Gerafar iki gün əvvəl öldürülüb. Onun meyiti Braziliyanın şimalındakı evində aşkar edilib. Gerafara küt əşya ilə baş nahiyəsindən ölümcül xəsarət endirilib.
Polisin cinayətkar haqqında hələ heç bir məlumatı yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR