ABŞ və İsrail: İran Yaxın Şərqin əsas problemlərindən biridir

ABŞ və İsrail: İran Yaxın Şərqin əsas problemlərindən biridir
# 19 oktyabr 2010 01:47 (UTC +04:00)
Bakı-APA. ABŞ və İsrail İranı Yaxın Şərqin əsas problemlərindən biri hesab edirlər. ABŞ dövlət katibinin müavini Ceyms Steynberqlə İsrail xarici işlər nazirinin müavini Dani Ayalonun birgə bəyanatında belə deyilir.

Bazar ertəsi Vaşinqtonda Steynberq və Ayalonun başçılıq etdikləri nümayəndə heyətlərinin görüşü keçirilib.

«İran Yaxın Şərqdə qarşılaşdığımız ən ciddi problemlərdən biridir. İranın nüvə proqramı sahəsində beynəlxalq öhdəliklərə əməl etməməsi, həmçinin terrorçu birləşmələrə dəstək verilməsi, hər iki ölkəni və beynəlxalq ictimaiyyəti ciddi narahat edir. İrana qarşı təzyiqlərin davam etdirilməsi bu ölkənin strateji kursunun dəyişdirilməsi və nüvə silahını əldə etməsinin qarşısının alınması çox vacibdir», deyə birgə bəyanatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR