Latın Amerikası ölkələri narkotik əleyhinə birləşiblər

Latın Amerikası ölkələri narkotik əleyhinə birləşiblər
# 27 oktyabr 2010 22:43 (UTC +04:00)
Bakı-APA Narkotik alverinə qarşı mübarizə aparan Latın Amerikası ölkələrinin liderləri Kaliforniya seçicilərini marixuana barədə qanunu rədd etməyə çağırıblar.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Kolumbiya, Meksika və Kosta Rika prezidentləri bildiriblər ki, Kaliforniyada marixuananın leqallaşdırılması bölgə ölkələrinə yanlış mesaj verəcək. Bir neçə gündən sonra Kaliforniyada marixuanan istifadəsini qanuniləşdirən təklif səsverməyə çıxarılmalıdır.
Kaliforniyalıların səsverməsinə bir neçə gün qalmış Kolumbiyanın Kartaxena şəhərində Latın Amerikası ölkələrinin sammitində çıxış edən Kolumbiya prezidenti Xose Manuel Santos deyib ki, Amerikanın bölgəyə göstərdiyi nümunə çaşqınlıq yaradır:
"Bu bizim insanları çaşdırır - ölüm gətirən narkotiklərə qarşı mübarizəyə xərclər qoyulduğu bir vaxt qonşu ölkədə Kaliforniya referendumunda marixuananın istehsalı, satışı və istehlakını qanuniləşdirmək təklif olunur. Mən sual verirəm: dünyada öz texnologiyası, filmləri və keyfiyyətli şərabı ilə məşhur olan dünyanın 8-ci iqtisadi məkanı olan Kaliforniya indi həmin bazarlara öz narkotikin ixrac etməyəmi hazırlaşır?"
Meksika prezidenti Felipe Kalderon isə deyib ki, narkotik qaçaqmalçılığına qarşı mübarizədə müvəffəqiyyətə nail olmaq üçün bütün ölkələr birgə çalışıb əməkdaşlıq etməlidirlər:
"Beynəlxalq mütəşəkkil cinayətkar qruplar - bizim bölgəmiz üçün ən böyük təhlükədir. Biz öz bölgəmizin inkişafını istəyirik, lakin bizi əngəlləyən ən böyük maneə - həmin bu beynəlxalq, transmilli cinayətkar dəstələrdir. Onlar sərhəd bilmir, bizim gənclərimizi zəhərləyir, insanlarımıza zərər gətirir. Bu əməllərə qarşı ayrı-ayrılıqda mübarizə aparmaq səmərəsizdir."
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR