Pentaqon: İran Fars körfəzi üzərində pilotsuz təyyarə vurmayıb

Pentaqon: İran Fars körfəzi üzərində pilotsuz təyyarə vurmayıb
# 04 yanvar 2011 02:57 (UTC +04:00)
Bakı-APA. Pentaqon İranın Fars körfəzi üzərində bir neçə pilotsuz xarici kəşfiyyat təyyarəsini vurmasına şübhə ilə yanaşıb.

«Bizə «İslam inqilabının keşikçiləri» korpusunun dediklərini təsdiq edəcək məlumatlar daxil olmayıb», deyə jurnalistlərlə söhbətində Pentaqonun rəsmi nümayəndəsi polkovnik Deyv Lapan bildirib.

Xatırladaq ki, bazar günü İranın «İslam inqilabının keşikçiləri» korpusunun HHQ-nin başçısı Əli Hacızadə Fars körfəzi üzərində 2 pilotsuz kəşfiyyat təyyarəsinin vurulduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR