BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri dəyişib

BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri dəyişib
# 05 yanvar 2011 08:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. 2011-ci il yanvarın 1-dən Almaniya, Hindistan, Kolumbiya, Portuqaliya və Cənubi Afrika BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləridir. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ölkələr Türkiyə, Avstriya, Meksika, Uqanda və Yaponiyanı əvəz ediblər. Yanvar ayında şuraya sədrliyi Bosniya və Herseqovina həyata keçirəcək.

Xatırladaq ki, Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ daimi üzvlərdir, digər 10 ölkə Baş Assambleya tərəfindən 2 il müddətinə seçilir, hər il onların 5-i dəyişir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR