ABŞ Əfqanıstana əlavə 1400 hərbiçi göndərmək niyyətindədir

ABŞ Əfqanıstana əlavə 1400 hərbiçi göndərmək niyyətindədir
# 06 yanvar 2011 17:55 (UTC +04:00)
Bakı-APA. ABŞ Talibanla mübarizədə əldə olunan uğurları möhkəmləndirmək məqsədi ilə Əfqanıstana əlavə 1400 hərbiçi göndərməyi planlaşdırır.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Pentaqonun nümayəndəsi bildirib ki, əlavə hərbi kontingent əsasən dəniz piyadalarından ibarət olacaq. ABŞ Əfqanıstanın cənubunda Qəndəhar vilayətində hərbi gücünü artırmaq niyyətindədir.
İndi Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin 150 min hərbiçisi var, onlardan 100 mini amerikalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR