Çili Fələstin dövlətini tanıyıb

Çili Fələstin dövlətini tanıyıb
# 08 yanvar 2011 02:55 (UTC +04:00)
Bakı-APA. Çili hökuməti Fələstin Milli muxtariyyətini müstəqil dövlət qismində tanıyıb. Bu barədə Çilinin xarici işlər nazirliyi rəsmi məlumat yayıb.

Beləliklə, Çili Fələstin dövlətini 1967-ci il sərhədlərində tanıyan Argentina, Boliviya, Ekvador və Braziliyaya qoşulub.

«Çili hökuməti Fələstini müstəqil, azad və suveren dövlət kimi tanımaq barədə qərar qəbul edib», deyə Çili XİN başçısı Alfredo Moreno bəyan edib.

Daha öncə Uruqvay rəsmiləri də Fələstini müstəqil dövlət kimi tanımaq niyyətlərini bəyan etmişdilər. Bundan əlavə, Meksika, Peru və Nikaraqua belə bir imkanı nəzərdən keçirirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR