ABŞ hökuməti İranda amerikalı qadının həbs olunması barədə məlumatı təkzib edib

ABŞ hökuməti İranda amerikalı qadının həbs olunması barədə məlumatı təkzib edib
# 09 yanvar 2011 04:43 (UTC +04:00)
Bakı-APA. İran hakimiyyəti guya casusluq ittihamı ilə həbs etdiyi amerikalı qadın, əslində İranda deyil və tam təhlükəsizlik şəraitindədir.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Touner deyib. Lakin о məsələnin təfsilatını açıqlamayıb.
Xatırladaq ki, şənbə günü İranın sərhəd polisi bildirmişdi ki, Azərbaycanla sərhəddə casusluqda şübhəli bilinən amerikalı qadının həbs edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR