Sarkozi və Obama dünya iqtisadiyyatının bərpa olunması üzrə plan hazırlayacaqlar

Sarkozi və Obama dünya iqtisadiyyatının bərpa olunması üzrə plan hazırlayacaqlar
# 11 yanvar 2011 04:52 (UTC +04:00)
Bakı-APA. ABŞ və Fransa prezidentləri Barak Obama və Nikolya Sarkozi «iyirmilik» çərçivəsində dünya iqtisadiyyatının bərpa olunmasına dair birgə ideyalarla çıxış etmək barədə razılaşıblar.

«Mən həmişə Birləşmiş Ştatların böyük dostu olmuşam və ABŞ-ın dünyada necə böyük rol oynadığını və dünyanın bir nömrəli valyutası olan dolların əhəmiyyətinin böyüklüyünü bilirəm. Biz Barak Obama ilə birlikdə G8 və G20 formatlarında işin irəliyə aparılması üçün yeni ideyalar təklif etmək niyyətindəyik. Bizim komandalarımız «iyirmiliyin» formatına aid olan və maraq doğuran məsələlər – valyuta kursları və xammalın qiyməti üzrə birgə sənədlər və razılaşdırılmış mövqelərin ortaya qoyulması üçün sıx əməkdaşlıq etmək niyyətindədirlər», deyə Sarkozi Obama ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Bu günlərdə Fransa prezidenti ABŞ-da səfərdədir. Fransa hazırda «G8» ıə «G20» sədrlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR