Barak Obama Kubaya səyahət məhdudiyyətlərini yüngülləşdirib

Barak Obama Kubaya səyahət məhdudiyyətlərini yüngülləşdirib
# 16 yanvar 2011 01:37 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Kubaya səyahət məhdudiyyətlərini yüngülləşdirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbər görə, dini qruplar və tələbələrin bu kommunist ölkəsinə səfər etmələri mümkün olacaq. Ağ Evin bildirdiyinə görə, bu qərar təhsil, mədəniyyət və dini mübadilə yolu ilə insanlar arasında təmas yaradılması məqsədi daşıyır. Ağ Evin bəyanatında deyilir ki, məhdudiyyətlərin azaldılması Kubada vətəndaş cəmiyyətlərinə dəstək verəcək, azad məlumat mübadiləsinə yol açacaq, kubalıların hökumətdən müstəqilliyinə yardım edəcək. Dəyişikliklər hər üç ayda bir dəfə amerikalıların Kubadakı qohumlarına 500 dollar məbləğində pul göndərmək imkanı da verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR