Braziliyada sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 665 nəfərə çatıb

Braziliyada sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 665 nəfərə çatıb
# 18 yanvar 2011 07:30 (UTC +04:00)
Bakı – APA. Braziliyanin Rio-de-Janeyro ştatında sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 665 nəfərə çatıb. APA-nın EFE agentliyinə istinadən verdiyi məlumata görə, ştatın dağlıq hissəsində yerləşən şəhərlər daha çox ziyan çəkib. Bir gün ərzində bu ərazilərə 1 aylıq norma qədər yağışlar yağıb. Nova-Friburqu şəhərində 312, Terezepolis şəhərində 276, Petropolis şəhərində 58, Sumidouru şəhərində 19 nəfər ölüb.

Braziliya hökuməti fəlakətin nəticələrinin aradan qaldırılmasına 461,5 milyon dollar vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR