Müxalifət Misir rəhbərliyini Tunis ssenarisiylə hədələyib

Müxalifət Misir rəhbərliyini Tunis ssenarisiylə hədələyib
# 20 yanvar 2011 01:54 (UTC +04:00)
Bakı-APA. Misirin ən iri müxalifət qüvvəsi, rəsmən qadağan olunmuş «Müsəlman qardaşlar» təşkilatı təcili islahatlar keçirilməsə ölkədə Tunis ssenarisinin təkrar oluna biləcəyini bəyan edib.

«Misir də Tunisdə xalq hərəkatına səbəb olmuş sosial-iqtisadi problemlərlə qarşılaşır. Əgər rejim tezliklə islahatlar yoluna qədəm qoymasa, ölkədə sabitlik olmayacaq. Tunisdəki hadisələr ərəb dünyasının bütün əzilən xalqları üçün çağırışdır. Tunis xalqını üsyana qalxmağa məcbur etmiş səbəblər bir çox bölgə ölkələrində, xüsusən Misirdə mövcuddur. Prezident Hüsni Mübarək və onun hökuməti eyni nəticələrlə üzləşə bilərlər», deyə təşkilatın bəyanatında bildirilir.

Misirdə işsizlik yüksək səviyyədədir. Əhalinin yarıdan çoxu yoxsulluq həddindən aşağı yaşayır. Prezident Hüsni Mübarək hakimiyyətə 1981-ci ildə gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR